Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı

Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
HADİSƏ
09:36 09.07.2025
243
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki küçələrdən birində baş verib.

Şəmkir sakini, 1986-cı il təvəllüdlü Zaman Hüseynov küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Azər Məsimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR