Şəmkirdə ağacəkmə kampaniyası bayram əhvalı ilə həyata keçirilib

Şəmkirdə ağacəkmə kampaniyası bayram əhvalı ilə həyata keçirilib
SOSİAL
14:57 06.12.2019
3466
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili" elan etməsi Şəmkir ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanıb.

AZXEBER.COM xəbər verir ki, "Nəsimi ili" ilə əlaqədar ölkə ərazisində bir çox mühüm tədbirlər həyata keçirilib:

"Növbəti belə tədbir çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutulmasıdır. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir.

650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

"Nəsimi ili" ilə əlaqədar olaraq ölkənin hər yerində olduğu kimi bu gün Şəmkir rayonu ərazisində də ağacəkmə kampaniyası keçirilib. Əraziyə 1000-ə yaxın rayon sakini tərəfindən 6000 ədəd ağac əkilib.

06 dekabr 2019-cu il tarixdə keçirilən ümumrespublika ağacəkmə aksiyası Şəmkir rayonunda rayon ziyalıları, xüsusilə də gənclər arasında böyük ruh yüksəkliyi ilə həyata keçirilib.

Aksiyada Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon icra hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının, idarə və müəssisələrin işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun fəal gəncləri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər.

Aksiya tədbir iştirakçıları tərəfindən bayram əhvalı ilə qarşılanıb və milli musiqiqlərimizin sədaları altında keçirilib.

Ağacəkmə aksiyasında eldar şamı, sərv, göyrüş, iydə, qarağac, qovaq, tuya və s. əkilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
20:04 15.07.2025
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib