Şəmkirdə ağır qəza - 1 ölü, 3 yaralı

Şəmkirdə ağır qəza - 1 ölü, 3 yaralı
HADİSƏ
08:47 09.07.2025
258
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən məlumatına görə, qəza Şəmkir-Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb. 

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi "KİA Cerato” markalı avtomobili aşırdıb və nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb. 

Anar Atakişizadə və Şiştəpə kənd sakinləri - 32 yaşlı Orxan Atakişiyev və onuna eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar. 

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR