Şəmkirdə ağır QƏZA: Ölən və yaralananlar var

Şəmkirdə ağır QƏZA: Ölən və yaralananlar var
SOSİAL
20:32 24.02.2026
454
Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00-da Qasımallar kəndi ərazisində qeydə alınıb.

1953-cü il təvəllüdlü Gədəbəy sakini Fəxrəddin Məmmədovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillə VAZ-2106 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ-ın sürücüsü həyatını itirib, daha iki nəfər xəsarət alıb. Onların kimlikləri müəyyənləşdirilir.
Hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu, araşdırma aparıldığı bildirilib.
OXŞAR XƏBƏRLƏR