Şəmkirdə ağır yol qəzası - 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Şəmkirdə ağır yol qəzası - 1 nəfər ölüb, 8 nəfər yaralanıb
SOSİAL
22:40 30.07.2018
4625
Bakı-Qazax avtomobil yolunda ölümlə və bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 qadın hadisə yerində ölüb, daha 8 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlar Şəmkir rayon Çinarlı qəsəbə sakini Elşən Zakir oğlu Nəbiyev, Nəbiyeva Elnurə Elnur qızı (2006-cı il təvəllüdlü), Nəbiyeva Arifə Elşən qızı (2008-ci il), Nəbiyeva Ayşən Elşən qızı (2011-ci il), Nəbiyev Ağa Elşən oğlu (2011-ci il), Nəbiyev Vüsal Elnur oğlu (2007-ci il) və Elçin adlı şəxsdir.

Hadisə zamanı xəsarət alan daha bir qadın isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda ölən qadının kimliyi və qəzanın səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR