Şəmkir rayonunda yol qəzası baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.