Şəmkirdə ağır yol qəzası - Bir ailənin 5 üzvü xəsarət aldı

Şəmkirdə ağır yol qəzası - Bir ailənin 5 üzvü xəsarət aldı
SOSİAL
17:32 07.09.2018
2891
Şəmkir rayonunda yol qəzası baş verib. 

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Asif Nəsirəddin oğlu Cəfərovun idarə etdiyi "VAZ" markalı avtomobil digər avtomobillə toqquşub. Nəticədə onun özü, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ramilə Cəlal qızı Nağıyeva və övladları - 2009-cu il təvəllüdlü İlkin Asif oğlu Cəfərli və 2007-ci il təvəllüdlü Lalə Asif qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Bundan başqa, qəza zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb. O, yaxınlarının köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR