Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində, bir qadın hadisə yerində dünyasını dəyişib, daha altı nəfər isə xəsarət alıb.
Qəza zamanı Qazax rayon sakinləri - Turac Kosayeva (1985-ci il təvəllüdlü) və Elxan Kosayev (1985) həmçinin Şəmkir rayon sakinləri - Günay Məmmədzadə (1889), Ülvi Məmmədzadə (1986), Qumru Sultanova (1998) və Nərgiz Məmmədzadə (2017) xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Kosayevlər bir ailənin, digər xəsarət alanlar və ölən şəxs isə başqa ailənin üzvləridirir.
Faktla bağlı araşdırmalara başlanılıb.