Şəmkirdə ana və 3 azyaşlı övladı naməlum şəraitdə itkin düşüb - FOTO

Şəmkirdə ana və 3 azyaşlı övladı naməlum şəraitdə itkin düşüb - FOTO
SOSİAL
13:39 13.03.2022
341
Şəmkir rayonunda ana və azyaşlı övladları axtarılır.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun 20 Yanvar küçəsində yaşayan 27 yaşlı Səriyyə Məmmədova onun 7, 6 yaşlı oğlu və 4 yaşında qızı martın 9-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə APA-nın yerli bürosuna Səriyyə Məmmədovanın qonşusu Sabir Qarayev məlumat verib.

Onun sözlərinə görə, martın 9-da qonşu kimi onlara baş çəkməyə gedib:

"Evin qapısının açıq olduğunu gördüm. Evə daxil olanda gördüm ki, qaz, işıq yanlı vəziyyətdədir. Bizdə narahatıq ki, bəlkə başlarına iş gəlib. 4 gündür bir xəbər yoxdur. Bilmirik haradadırlar? Bəlkə başlarına iş gəlib və ya hədə qorxu gəlib aparıblar. Onlar evdən gedəndə heç nə götürməyiblər. Sənədləri də evdədir. Polisə də məlumat vermişik."

Sabir Qarayevin sözlərinə görə, Səriyə Məmmədova həyat yoldaşından ayrılıb. Qadının həyat yoldaşı ruhi xəstəxanada yatır. Məlumata görə, ordan qaçıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsinə mart ayının 12-si rəsmi məlumat daxil olub:

"Hazırda itki düşən şəxslərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Tez bir zamanda həmin şəxslər tapıldıqda ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı