Şəmkirdə həyat yoldaşını qətlə yetirən 29 yaşlı Mübariz Məmmədov saxlanılıb.
AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, rayonun Posanlı yaşayış massivində ailə münaqişəsi zəminində həyat yoldaşı - 27 yaşlı Nailə Allahyar qızı Məmmədovanı qətlə yetirən M. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
M.Məmmədov rayonda taksi fəaliyyəti ilə məşğul olur.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.