Şəmkirdə ər arvadını SMS üstündə öldürdü - Fotolar

Şəmkirdə ər arvadını  SMS üstündə öldürdü - Fotolar
SOSİAL
14:59 19.04.2020
9787
Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisədən bir neçə gün əvvəl ər (Mübariz Məmmədov) arvadının (Nailə Məmmədova) telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bu barədə arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib. 
 

 

 


OXŞAR XƏBƏRLƏR