Şəmkirdə baş verən qəzada xəsarət alanların vəziyyəti açıqladı

Şəmkirdə baş verən qəzada xəsarət alanların vəziyyəti açıqladı
SOSİAL
11:50 31.08.2025
508
Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospital olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, 2007-ci il təvəllüdlü 2 nəfərə və 2010-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

2007-ci il təvəllüdlü şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti stabil qiymətləndirilən 2010-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

08:30

Şəmkirdə baş verən qəzada xəsarət alanların adları məlum olub.

Xəsarət alanlar 2008-ci il təvəllüdlü E. Cəbiyev, 2007-ci il təvəllüdlü E. Səfxanov və 2010-cu il təvəllüdlü R. Alıyevdir.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

07:07

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili yoldan çıxaraq aşıb.

Qəza zamanı Z. Səmədov hadisə yerində ölüb. 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
 
///apa
OXŞAR XƏBƏRLƏR