Şəmkirdə dördotaqlı ev yanıb

Şəmkirdə dördotaqlı ev yanıb
HADİSƏ
17:53 20.03.2025
178
Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, dördotaqlı ev yanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
OXŞAR XƏBƏRLƏR