Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var
SOSİAL
21:51 11.07.2023
171
Şəmkir rayonunun Nərimanlı kəndində fərdi evdə qaz sızmasından partlayış olub, xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR