Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi
SOSİAL
17:45 01.04.2026
366
Şəmkir rayonunda ana və oğlu yaşadıqları evdə termiki yanıq xəsarətləri alıb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Morul kəndində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Budaqov və 1976-cı il təvəllüdlü anası Sevda Eyyub qızı Budaqova termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, S.Budaqova vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR