Şəmkirdə intihar hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.
Kənd sakini, təxminən 20-25 yaşlarında olan gənc oğlan yaşadığı evdə özünü asıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.