Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir –Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.
FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.
Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.