Şəmkirdə iki maşın toqquşdu, polis əməkdaşı öldü

Şəmkirdə iki maşın toqquşdu, polis əməkdaşı öldü
SOSİAL
23:46 20.02.2019
5648
Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumt görə, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib. Hərəkətdə olan "Toyota Prado” ilə "VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində "VAZ"ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.

Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR