Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, TƏBİB-dən APA-nın yerli bürosuna verilən xəbərin görə, 14.03.2025-ci il tarixində saat 10:30 radələrində 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (1-i kişi cinsi, 1-i qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.