Şəmkirdə iki qəza olub - Xəsarət alanlar var

Şəmkirdə iki qəza olub - Xəsarət alanlar var
SOSİAL
19:49 23.03.2026
138
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan "VAZ "markalı maşın digər minik avtomobili ilə toqquşub. Qəzadan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR