Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu

Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
HADİSƏ
22:07 10.07.2025
767
Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata əsasən, binada qəfil yanğın başlayıb.


Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binada yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.
OXŞAR XƏBƏRLƏR