Şəmkir rayonu ərazisində ‘KamAZ’ markalı avtomaşın aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənTrend-ə verilən məlumata görə, martın 15-də, saat 11:30 radələrində Şəmkir rayonu ərazisində İmişli rayon sakiniHikmət Əliyev"KamAZ" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü Əliyev hadisə yerində ölüb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.