Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edəcək - Fotolar

SOSİAL
13:31 29.03.2020
728
Şəmkir rayonu ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət məqsədilə mobil quruplar yaradılıb.

AZXEBER.COM xəbər verir ki, #EvdəQal aksiyasında qrup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejminin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini aparacaqlar.

178 qurupun 3 nəfərdən ibarət üzvləri arasında Şəmkir RİH əməkdaşları, könüllü gənclər, idmançılar və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları daxil edilib. Eyni zamanda RİH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da mobil qurupların tərkibinə daxil edilib.

Qruplarda olan hər bir gənc xüsusi fərqləndirici formalar, nişanlar və qoruyucularla təmin edilib.

Bu gün mobil qrupların üzvləri ilə görüşən Şəmkir RİH başçısı Alimpaşa Məmmədov və Şəmkir Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov şəmkirlilərin sağlamlığı üçün görülən tədbirlərin bir hissəsi olan gənclərə və polislərə uğurlar arzulayıblar.

Bildirilib ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahın əsas məqsədi insan həyatı üçün təhlükə olan koronavirusla mübarizədə xalqı bir olmağa, həmrəy olmağa, bəşəriyyətin bəlasına çevirilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR