Şəmkirdə kişi keçmiş arvadını, onun anasını və atasını bıçaqladı

Şəmkirdə kişi keçmiş arvadını, onun anasını və atasını bıçaqladı
SOSİAL
23:59 21.03.2024
315
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.

Dərhal yaralılara yardım edilib.

Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, bıçaqlan şəxsləri ailənin keçmiş kürəkəni bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR