Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı YENİ XƏBƏR

Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı YENİ XƏBƏR
SOSİAL
13:25 08.04.2020
1128
Şəmkirdə kişinin ailə üzvlərini yandırması ilə bağlı cinayət işi başlanıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, fakta görə Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahiddin qızının üzərinə və evin içərisinə tökərək yandırıb.

Hadisə zamanı oğlu Əkbər Vəliyev, gəlini N.Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı və 2016-cı il təvəllüdlü nəvəsi Yaqubova Banu Əkbər qızı yanıq xəsarətləri ilə Gəncə Şəhər Xəstəxanasına aparılıb, V.Yaqubov hadisə yerindən qaçıb.

V.Yaqubov barəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.
OXŞAR XƏBƏRLƏR