Şəmkirdə könüllülərdən nəcib aksiya -1000 ədəd maska düzəltdilər

Şəmkirdə könüllülərdən nəcib aksiya -1000 ədəd maska düzəltdilər
SOSİAL
14:28 30.03.2020
1212
Şəmkir RİH başçısı yanında Qərargah tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq nəcib aksiya təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, rayonun fəal könüllüləri tərəfindən evlərdə hazırlanmış, təkrar istifadə oluna biləcək 1000 ədəd qoruyucu maska DOST Xidmətinin və Şəmkir Kommunal Müəssisələr Kombinantının əməkdaşlarına paylanılıb.

Həmçinin əməkdaşlarla maarifləndirici söhbətlər aparılıb, gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.

DOST Xidmətinin və Şəmkir Kommunal Müəssisələr Kombinantının əməkdaşları bu nəcib aksiyaya və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR