Şəmkirdə polis narkotiklərin satışında təqsirləndirilən şəxsi saxladı - FOTO

Şəmkirdə polis narkotiklərin satışında təqsirləndirilən şəxsi saxladı - FOTO
SOSİAL
10:57 22.06.2024
126
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR