Şəmkirdə intihar hadisəsi baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Ayşən Hacıyeva yaşadığı evdə özünü asıb.
Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə verilib. Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.