Bu gün saat 08:00 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri stabil olaraq qiymətləndirilir.









































