Şəmkirdə qəza olub, xəsarət alanlar var

Şəmkirdə qəza olub, xəsarət alanlar var
SOSİAL
12:41 03.05.2025
241
Şəmkirdə yol qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, yol qəzası Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Adıgözəlov Elşad Sahib oğlunun idarə etdiyi "Toyota Prado" və Dəllər qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məmmədov Valeh Əhməd oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə "Toyota Prado”nun sürücüsü və sərnişini, 1988-ci il təvəllüdlü Vəliyev Tahir Rafiq oğlu xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR