Şəmkirdə sinir xəstəsi olan qadın özünü asdı

Şəmkirdə sinir xəstəsi olan qadın özünü asdı
SOSİAL
22:48 17.06.2023
213

Şəmkirdə intihar hadisəsi olub.

"Lent.az”ın məlumatına görə, hadisə Şəmkir şəhərində baş verib. 53 yaşlı T. Mustafayeva saat 22 radələrində yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən çardaqdan özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, T. Mustafayeva uzun müddətdir ki, sinir xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR