Şəmkir rayonunda təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, "Mersedes-Benz" markalı avtomobillə təcili tibbi yardım maşınının toqquşması nəticəsində tibb bacısı T.Ağayeva, təcili yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, qəza nəticəsində həkimin xəsarət almadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.