BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Şəmkirdə ötən ilin nəticələri müzakirə olunub - FOTOLAR

Şəmkirdə ötən ilin nəticələri müzakirə olunub - FOTOLAR
SOSİAL
17:24 20.02.2020
2083
Bu gün Şəmkir rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncaqda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2019-cu ildə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb.

Vurğulanıb ki, ötən il rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı tədbirlər davam etdirilmişdir.

Sahibkarlar tərəfindən ümumi dəyəri 85 milyon 606 min manat olan 85 layihə üzrə kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər sahələrə 51 milyon 5 min manat investisiya qoyuluşu həyata keçirilmişdir.

İl ərzində ən çox investisiya qoyuluşu rayonun Kür qəsəbəsi (3 milyon 675 min 2 yüz manat), Düzqışlaq (2 milyon 700 min manat), Aşağı Seyfəli (1 milyon 560 min manat), Dəllər Cəyir (637 min manat), Qasımalılar (500 min manat), Yeni Həyat (380 min manat), Şiştəpə (250 min manat), Dəllər Daşbulaq (237 min manat), Təzəkənd (190 min manat), Atabəy (180 min manat), Yeniabad (130 min manat) kəndlərinin ərazisinə qoyulmuşdur.

2019-cu ildə Şəmkir rayonunda ümumi sahəsi 30 min 240 kvadrat metr, ümumi dəyəri 15 milyon 750 min manat olan 315 fərdi yaşayış evi tikilmişdir.

Ən çox fərdi yaşayış evləri Şəmkir şəhərində, Dəllər, Zəyəm və Kür qəsəbələrində, Şiştəpə, Könüllü, Abbaslı, Tatarlı, Düzqışlaq, Düyərli, Sabirkənd, Aşağı Seyfəli kəndlərində tikilmişdir.

Bununla yanaşı olaraq Ağlavaşlı, Dağ Cəyir, Ələsgərli, Talış, Daşbulaq, İsgəndərli, Nərimanlı, İrmaşlı kəndlərinin ərazisində fərdi yaşayış evlərinin tikintisi aparılmamışdır.

Ötən il ərzində görülən işlərin müzakirəsi zamanı qeyd olunub ki, Şəmkirdə son dövürlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır.

Rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, hesabat ilində rayonun avtomobil yollarının tikintisi və təmiri ilə bağlı da mühüm işlər görülüb.

2019-cu ildə uzunluğu 32,9 km olan Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolu yenidən tikilib istifadəyə verilmişdir. 2020-ci ildə Düyərli-Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun əsaslı təmiri həyata keçiriləcəkdir. Hazırda 18 km uzunluğunda olan həmin yolun əsaslı təmirinə başlanılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində, eləcə də çıxışlarda iqtisadiyyatın ayrı-ayrı sahələrində görülən işlərdən, o cümlədən ixracyönümlü məhsullardan hesab olunan baramaçılığın inkişafına göstərilən dövlət qayğısından, qazanılan uğurlardan ətraflı danışılıb.

İclasda rayon xidmət təşkilatlarının hesabatları dinlənərək, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək 2019-cu il ərzində Şəmkir rayonunda görülmüş işləri müsbət qiymətləndiriblər.

Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR