Şəmkirdə yaşayış evində yanğın olub - FOTO

Şəmkirdə yaşayış evində yanğın olub - FOTO
SOSİAL
21:22 11.02.2024
172

Şəmkir rayonunun Qaracəmirli kəndində yanğın olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, yanğın rayon sakini, 1954-cü il təvəllüdlü T.Quliyevə məxsus ümumi sahəsi 182 kvadratmetr olan evə bitişik 27 kvadratmetr qarajda 10 kvadratmetr sahədə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Qarajın digər sahələri, həmçinin ev yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

 

 


OXŞAR XƏBƏRLƏR