Gənclər və İdman nazirliyi, Gənclər Fondunun və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən Avropa Oyunları Parkında 23-26 noyabrda "Gənc Fest” festivalı keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, tədbir Bakı Su Idman sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında baş tutacaq və 4 gün davam edəcək.
Festivalda gənclər üçün nəzərdə tutulmuş təlimlər təşkil ediləcək ki, gənclər bu təlimləri uğurla tamamladıqdan sonra xüsusi sertifikat əldə edəcəklər. Bundan əlavə festivalda əyləncəli konsert proqramı təşkil ediləcək.
25 noyabrda Avroviziya təmsilçilərimizdən Səmra Rəhimli konsert proqramı ilə festivala rəng qatacaq.
Aysel