Səmra soyunaraq özünü kimə göstərir? - BİZİM CAVAB

Səmra soyunaraq özünü kimə göstərir? - BİZİM CAVAB
MAQAZİN
14:22 09.07.2016
23705
Azərbaycanı "Eurovision-2016" musiqi yarışmasında Səmra Rəhimova gündəmdə qalmaq üçün soyunmaq yolunu seçən məşhurlardandır. 
Belə ki, müğənni öz səsindən, performansından daha çox mini ətəyi, qucaqda oturması və soyunması ilə yaddaşlarda qalır. 
"Eurovision"un final gecəsində hollandiyalı iştirakçının qucağına atılaraq minlərlə insan tərəfindən tənqid və təhqir olunan müğənni yenə də ənənəsini davam etdirir. O "instagram"da paylaşımları ilə hər kəsin diqqətini cəlb edə bilər, müğənni ona gələn tənqidlərə isə belə cavab verib: "Siz elə bilirsiz ki, sizin şərhləriniz mənim üçün vacibdir? Sizə deyim ki, siz məni maraqlandırmırsız"
Səmranın bu paylaşımı ona qarşı tənqidləri daha da artırdı. Ancaq maraqlısı odu ki, müğənni belə yazsa da, əslində onu tənqid edənləri bloka atmaqla məşğuldur. İşi və məşğuliyyəti açıq-saçıq şəkillər çəkdirmək olan ifaçının əsl istəyinin nə olması ilə bağlı da müxtəlif fikirlər yazılır. İstifadəçilərin bu addımın arxasında sponsor tapmaq olmasını iddia edib, bəziləri isə Səmranın ərə getmək üçün belə etdiyini yazıb.
Bu iddiaya səbəb isə "Eurovision" təmsilçilərimiz Aysel Teymurzadə, Səfurə Əlizadə, Səbinə Babayeva və Dilarə Kazımovanın yarışmadan az sonra ərə getməsidir.
Ancaq görünən odu ki, sənətdə heç bir irəliləyişi olmayan Səmra yalnız soyunmaqla məqsədinə çatacağını düşünür. Bu günə qədər "O səs Türkiyə" "Səs Azerbaycan" və "Eurovision"da uğursuzluq qazanan müğənni ənənəsinə sadiq qalaraq, sənətində heç bir yenilik etmir.
Müğənniyə xatırlatmaq lazımdı ki, əgər uğur qazanmaq lüt gəzməklə olsaydı, heyvanlar ən uğurlu varlıq olardı...
Sonda müğənninin fotolarını təqdim edirik:
Altay Qorxmaz
OXŞAR XƏBƏRLƏR