Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı

Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı
DÜNYA
22:22 21.08.2026
162
Moskva məhkəməsi rusiyalı şoumen və komik Semyon Slepakov barəsində qiyabi olaraq 400 saat məcburi iş cəzası kəsib.

AZXEBER.COM bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.

Rusiyada "xarici agent" elan edilmiş komik "xarici agent" öhdəliklərini yerinə yetirməkdən yayınmaqda təqsirli bilinib.

Müvafiq qərar Moskvanın Lomonosov rayonunun 214 saylı məhkəmə sahəsinin sülh hakimi tərəfindən çıxarılıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Slepakov bir il ərzində iki dəfə analoji maddə ilə inzibati məsuliyyətə cəlb olunsa da, sosial şəbəkələrdə "xarici agent" markirovkası olmadan kontent paylaşmağa davam edib.

Semyon Slepakova qarşı cinayət işinin açıldığı aprel ayında məlum olmuşdu. Həmin vaxt o, qiyabi olaraq həbs edilib və axtarışa verilib.
OXŞAR XƏBƏRLƏR