“Sən çaşmasaydın, vurulmazdın” – İki dostin iki manatlıq davasının TƏFƏRRÜATLARI

“Sən çaşmasaydın, vurulmazdın” – İki dostin iki manatlıq davasının TƏFƏRRÜATLARI
SOSİAL
18:17 09.09.2018
4168

İki dost 2 manat 50 qəpiyə görə dava ediblər. Mübahisə əvvəlcə davaya, daha sonra isə qanlı cinayətə çevrilib. Dostlardan biri sinəsindən bıçaq zərbəsi alıb, onu ölümdən xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilərək həbs edilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Ceyhun Abbasov ifadə verib.

Əvvəlcə hakim Ceyhun Abbasova məhkəmənin çağırışlarına məhəl qoymayaraq bir neçə aydır, proseslərə gəlməməsinə görə iradını bildirib. Zərərçəkmiş isə xəstə olduğunu əsas gətirib.

Sərbəst ifadə verən Ceyhun hadisənin baş verməsinin səbəbi kimi dostu ilə aralarında yaranmış mübahisəni göstərib. Hakim və dövlət ittihamçısı dəfələrlə mübahisənin baş vermə səbəbini soruşsa da, Ceyhun elə "anlaşılmazlıq oldu, mübahisə elədik” deyərək konkret cavab verməkdən yayınıb.

Hakim təqsirləndirilən Elvindən də hadisənin baş vermə səbəbini soruşub. Elvin isə deyib ki, bıçaqladığı Ceyhun özü bilir. Vuran və vurulan hadisənin səbəbini gah gizlətməyə, gah da cavabı bir-birinin üstünə atmağa çalışıblar.

Çoxsaylı suallardan sonra Ceyhun deyib ki, mübahisəyə səbəb pul olub. Həmin məbləğ isə 2 manat 50 qəpik imiş. Ceyhun deyib ki, Elvinə 2 manat 50 qəpik verərək başqa bir tanışlarına çatdırmasını istəyib. Amma Elvin pulu sahibinə çatdırmayıb və onların arasında mübahisə yaranıb.

Elvin bu sözlərə müdaxilə edib və deyib ki, həmin şəxsə pulu versə də götürməyib. Təqsirləndirilən Elvin əlavə edib ki, Ceyhunu vurmasının səbəbi başqadır: "Adam adamı durduq yerdə vurmaz. Əlbəttə ki, bir səbəbi var. Bunu da Ceyhun özü yaxşı bilir. Çaşmasaydın, vurmazdım. Mən ona 10 dəfə adam balası kimi izah elədim. Dedim ki, pulu verdim götürmədi. Amma başa düşmədi ki, düşmədi”.

Hadisə ötən ilin dekabrında baş verib. Məlum olub ki, bıçaqlanma hadisəsindən əvvəl də Ceyhun Elvini döyübmüş. Elvin də bunun qisasını almaq istəyib. Amma Elvin məhkəmədə döyülmədiyini israrla deyib. Ceyhun isə israrla Elvini vurduğunu deyib.

Elvin bildirib ki, Ceyhunla eyni qəsəbədə qalır və münasibətləri yaxşı olub. Amma mübahisə zamanı Ceyhun ona xoşagəlməz sözlər dediyi üçün onu vurub. Ceyhun da, Elvin də dava zamanı söyüş söymədiyini deyir. Elvin davanın pul üstündə olmadığını da deyir. Belə olan halda hadisənin baş verməsinin əsas səbəbi gizli qalır.

Elvin Hümbətova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Amma Elvin deyir ki, dostunu öldürmək yox, cəzalandırmaq niyyəti olub. O, Ceyhuna bir bıçaq vurandan sonra hadisə yerindən qaçıb.

Sinəsindən bıçaq zərbəsi alan Ceyhun da deyib ki, Elvinin onu öldürmək niyyəti olmayıb. Əgər belə bir niyyəti olsaydı, edərdi: "Mənə bir dəfə vurdu və qaçdı. Sinəmə batan bıçaq qırılıb yerə düşdü. Mən ayağa qalxmaq istəsəm də yıxıldım. Məhəllədə camaat səsə gəldi. Məni maşına qoyub xəstəxanaya çatdırdılar”.

Ceyhun dostu Elvindən şikayətçi olmadığını, onu ilk gündən bağışladığını deyib. Məhkəmədə şahid qismində zərərçəkmiş Ceyhunun dayısı İsrafil İsrafilov da dindirilib.

O, deyib ki, Ceyhunla Elvinin dalaşmasından xəbər tutanda onları sakitləşdirməyə çalışıb: "İlk dəfə dava edəndən sonra Elvin bizim qapıya gəldi. Ceyhunu soruşdu. Mən də ondan xahiş elədim ki, məsələni böyütməyin. Hadisənin böyüməsini istəmirdim. Elvin çıxıb gedəndə elə bildim ki, məsələ həll oldu. Amma sonra Elvinin Ceyhunu vurduğunu eşitdim”.

Məhkəmə iclası sentyabrın 14-də davam edəcək.

minval.info

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olunub
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olunub
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib