Sən mələk cildində şeytan olmusan... - HACIBƏY HEYDƏRLİ

Sən mələk cildində şeytan olmusan... -  HACIBƏY HEYDƏRLİ
Bütün Xəbərlər
13:22 07.11.2014
1994

Tanınmış jurnalist, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlinin şeirini təqdim edir:

Bugün səni gördüm kaş görməyəydim
Gördüm ki, qərib bir insan olmusan
Səninlə kaş heç vaxt görüşməyəydim
Mələk libasında şeytan olmusan

Səndən ayrılalı çox zaman olub
Bəlkə ayrılığa peşman olmusan
Qəlbinə yol tapmaq çox asan olub
Hərkəsə yer verən meydan olmusan

Olmaram heç zaman mən əvvəlki tək
Vurduğun yaradan sağalmaz ürək
Sənin tək şeytana demişəm mələk
Sən mənim sevdiyim insan olmusan ?

Məni itirdiyini axır ki, bildin
Bir qələmlə aşiqi ürəkdən sildin
Gözümdə əlçatmaz bir zirvə idin
İndiysə gözümdə duman olmusan

De: nə tez unutdun olub keçəni,
Ruhuma çökdürdün dumanı, çəni,
Hacı unutmayacaq heç zaman səni,
Sən özgə bir dünya, cahan olmusan...

//aktual.az

OXŞAR XƏBƏRLƏR