Türkiynəin "Anadolu Efes" basketbol klubunun oyunçusu Saşa Vujaçiç sevgilisi Mariya Şarapovanün üstündə dava salıb.Avropaliqa çərçivəsində qrupda son matçında öz sahəsində "Real" (Madrid) klubuna 66:75 hesabla uduzan "Anadolu Efes"in serb oyunçusu qarşılaşmanın 2-ci yarısında madridlilərin oyunçusu Felipe Reyeslə tutaşıb. Vujaçiçin rəqib komandanın basketbolçusuna dirsək atmasından sonra hakim Radoviç onu diskvalifikasiya edib.Olayın səbəbi isə Felipe Reyesin serb oyunçunun sevgilisi, məşhur rusiyalı tennisçi Mariya Şarapovanın ünvanına təhqiramiz sözlər deməsi olub."Sənsən sevgilimə söyən?!" deyən Vujaçiç də Reyesə hücum çəkib.Vujaçiçlə Şarapovanın gələn ilin baharında evlənəcəkləri gözlənilir./// milli.az