"Sən Vətənə bənzəyirsən” kitabı Heydər Əliyev adına Ali Hərbi İnstitutda təqdim olundu - FOTO

"Sən Vətənə bənzəyirsən” kitabı Heydər Əliyev adına Ali Hərbi İnstitutda təqdim olundu - FOTO
SOSİAL
21:18 20.10.2022
194
Oktyabrın 19-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutda "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırladığı "Sən Vətənə bənzəyirsən” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə 44 günlük Zəfər Savaşında tarix yazaraq şəhadətə yüksəlmiş igidlərimizin, cəmi-şəhidlərin xatirəsi bir dəqiqıəlik sükutla yad edilib.

Tədbirin aparıcı şair Vasif Süleyman giriş sözü ilə çıxış edərək bildirib ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və və 44 gün davam edən Zəfər Savaşında  Azərbaycan əsgəri şərəfli bir tarix yazdı. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız sahibinə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Həmin günlər bütün Azərbaycan Ali Baş Komandanın bir çağırışı ilə səfərbər olmuşdu.

 

İlk söz Layihənin rəhbəri, tanınmış şair, "DSD" İB-nin sədri, AXDG QSC XDND-nin gəmi kapitanı Faiq Balabəyliyə verildi. O, bildirdi ki, "DSD” İB bundan əvvəl, bu təmayüldə bir neçə kitab hazırlayıb.  Növbəti kitab  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  nəşr olunan "Sən Vətənə bənzəyirsən” kitabıdır ki, "Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində təqdim olunur. Kitabın tərtibçiləri Faiq Balabəyli, Kəmalə Səfərli, Vasif Süleyman, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

"Sən Vətənə bənzəyirsən” kitabında Azərbaycanın tanınmış qələm adamlarının vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb. Şeirlərin məzmununun, ideyasının gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu var.

Bugünkü təqdimat mərasimində Kitabda şeirləri çap olunan hörmətli şairlərdən bir neçəsi iştirak edir. Çünki müəlliflər də bölünüb, bir neçə belə tədbir olacaq və o biri qələm adamları həmin tədbirlərdə iştirak edəcəklər.

Sonra tədbirdə iştirak edən şairlər Şahin Musaoğlu, Dayandur Sevgin, Damət Salmanoğlu, Aləm Kəngərli çıxış edərək vətənpərvər ruhlu şeirlərini oxudular.

Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutun rektor müavini, Vətən müharibəsinin qəhrəmanı, polkovnik Nizami Mövlamov çıxış edərək təqdimat mərasiminə gələn şairlərə minnətdarlıq etdi və bildirdi ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunun artırılmasında böyük rol oynayır.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”