"Sənə bir gün belə xəyanət etməmişəm" - Əməkdar artistin həyat yoldaşı

"Sənə bir gün belə xəyanət etməmişəm" - Əməkdar artistin həyat yoldaşı
MAQAZİN
14:29 21.01.2026
348
"Allahım şahidim olsun, səni hər şeydən çox sevirəm. Allahım şahidim olsun ki, nə bir bacımıza əyri gözlə baxıram, nə də yoldaşıma xəyanət edirəm. Quranda deyildiyi kimi: "Şübhəsiz ki, Allah ən gözəl şahiddir.”
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal deyib.
 
İllər keçsə də, hələ də aktrisanın yoxluğu ilə barışa bilmədiyini deyən həyat yoldaşı, ona sevgisini dilə gətirib:
 
"1094 gün oldu artıq... Bir gün o mənə dedi ki, "Röyal, yaxın günlərdə həyatıma mənsiz davam edəcəksən. Qarşında uzun bir yol olacaq. Zəhra sənə əmanət!". O sözü eşitmək çox çətin idi. Bu sözləri tanımadığın bir insan belə desə, insan kədərlənər. Bir də düşün ki, bu sözləri sənə həyat yoldaşın deyir…
Tünüş mənim hər şeyim idi. Mən çox gənc yaşda ailə qurdum. Əsgərlikdən qayıdan kimi evləndim və bir anda ailə başçısı oldum. Sonra 10 il nağıl kimi, gözəl bir həyat yaşadıq.

Və bir gün həyatımı rəngləndirən o gözəl insan dedi: "Bu, səninlə keçirdiyimiz son günlərdir.” İnanın, o sözü eşitmək heç də asan deyil. Amma heç vaxt inanmadım ki, məni tərk edər. Bu illər ərzində and olsun Allaha ki, onsuz həyata davam etmək, yoxluğuna dözmək çox çətindir. Necə dözdüm? Allah qarşımıza gözəl insanlar çıxardı. Küçədə insanlar bizə yaxınlaşıb gözəl sözlər dedilər. Zəhranı hər kəs bağrına basdı və beləcə dözdük… Bilmirəm yarımla nə zaman görüşəcəyəm: Bəlkə bu gün, bəlkə 5 il sonra, bəlkə də 30 il sonra… Amma mütləq görüşəcəyik! 

Allahım şahidim olsun, səni hər şeydən çox sevirəm. Allahım şahidim olsun ki, nə bir bacımıza əyri gözlə baxıram, nə də yoldaşıma xəyanət edirəm.
Quranda deyildiyi kimi: "Şübhəsiz ki, Allah ən gözəl şahiddir.”
 
Aysel
OXŞAR XƏBƏRLƏR