Fidan AzərqızıBaşqa insanların poblemlerini dinləməyi sevmirik ,hansi insan ki, özü haqqinda daha çox danışırsa onunla daha az ünsiyyətdə olmağa çalışırıq ,başqa formada desək o insanları gördükdə” qaçırıq “onlardan. Çünki, biz daha çox özümüzdən danışırıq və bunu daha çox sevirik.
Amma bununla yanaşı məsələnin daha başqa və qəribə tərəfi vardır. Özümüzü başqalarına izah edib, onları həyatımıza daxil edib , sonra da "Sən mənim həyatıma qarışma" deyirik kövrəkcə...
İnsanlar arasında daha çox özünə inam hissinin əksikliyi yaşandığı bir zamanda daha çox fikirlərimizi təsdiq etdirmək üçün birilərindən fikir alıb, " Səncə nə etməliyəm? " Deyə soruşduqda , o qədər çox qarışma haqqını da vermiş oluruq əslində insanlara . Bu cümləni oxuyarkan bir çoxlarınız düşünəcək ki,özünə inam əksikliyi o qədərdə yaşanmır insanlarda .Hami sosial şəbəkələrdə kifayət qədər idialı və özündən əmin statusar ,şərh və fikirlər bildirir.Mən isə bundan deyil ,real həyatda olan özünə əminlikdən misal gətirdim.Bunun səbəbləri isə digər bir mövzüdur.
Danışırıq ; danışmaq üçün , söhbət etmək üçün , daxilimizdə bizi narahat edənlərdən azad olmaq üçün, rahatlamaq üçün , vaxtımızı keçirmək üçün , ünsiyyət təlabatımızı ödəmək üçün .
Kənardan gələn məlumatları, təxmini doğruları, danışarıq. Fərqli doğru qəlibləri olan, fərqli qavrayış, mədəniyyət və baxışa sahib bir çox insanla bölüşür, sonra da müxtəlif nəticələrin necə yarandığını təccüblə hardan yarandığını axtararıq .
Doğruluğu bilinməyən ancaq təxmini olaraq qəti düzgün şəkildə bildirdiyimiz ,danışdığımız və dinlədiyimiz məlumatlara zaman keçdikcə o qədər inanarıq ki, həyatlarımız bunlar üzərində formalaşdırmağa başlarıq Başqalarını, mühakimə etməyə başlayırıq. Əslində bizim üçündə ortaya çıxan, çoxu səhv inanc qəliblərinin da yaradıcısı biz özümüzük.
Özümüz haqqında olan məlumatları sirlərimizi,bəzən fəqrli dünya görüşlü və fəqli baxışlı insanlarla paylaşdığımız üçün bəzən yaranan xoşagəlməz nəticələrlə üzləşirik və sonda bəzən xoşniyyətli və dostcasına verilən suallara da aqressiv yanaşırıq.
Danışarkən başqaları haqqındada ,özümüz haqqında birinə məlumat verdikdədə . Aşağdakı suallara cavab verməyə bir növ özümüzü məcbur etməliyik ,və həyat tərzi halına gətirməliyik.`
Bu söyləyəcəyim doğrumu , faydalı mı ?
Əgər bu suallımıza müsbət cavab almırıqsa o informasiyaları başqalarına ötürməməliyik ,yaxudda qəbul etməməliyik.
Bunu mənə söylədin də ... Mənə nə ?
Mən sənə danışmasam da... Sənə nə?
***
Bir gun bir adam Molla Nəsrəddinə deyir: -molla əmi paxlava gətiriblər. molla deyir: -ondan mənə nə? adam deyir: -sizə gətiriblər. molla deyir: -ondan Sənə nə?