Sənə sevişməyi mən öyrətmişəm - KÖŞƏ

Sənə sevişməyi mən öyrətmişəm - KÖŞƏ
KÖŞƏ
12:40 17.11.2012
3658
Kənan HacıAxır ki, səni tapdım, Mahir Mehdi!
Mən onunla harda, nə vaxt tanış olmuşam? Xatırlamıram... Neçə vaxtdı özümü quru rəqəmlərdən azad eləmişəm. Çünki bu quru rəqəmlər də quru adamlar kimidi... O, bir az mənim içimdəki adama bənzəyirdi; dalğın, narahat, həyatının axarını başsız Bakı küləklərinin ixtiyarına vermiş küsgün, içəndən sonra kövrəlib ağlayan, bir az da dəlisov adama... Özünü yerdən-yerə vurmaqla deyil, tale nə yazıbsa, odur. Vəssalam! Aramızdakı məsafə bir şüşə araqla ölçüləndə mən şeir oxumuşam, o, yumruqlarını stola çırpıb ağlayıb, o şeir oxuyanda mən arağı “zakuskasız” içmişəm... Xatırlayırsanmı o günləri, Mahir?! “Təmiz, yaxşı oğlan ola bilərdim, alınmadı...” Bu, sənin sözündü... Hər dəfə əclaflıqlar önündə gücsüzlüyümü hiss edəndə sənin bu sözün yadıma düşür... “Yaxşı oğlan ola bilərdim...” Bizi “yaxşı oğlan” olmağa qoymadılar, Mahir... Bu illər ərzində gözüm həmişə səni axtarıb... Dost məclislərində, şeir gecələrində, tək-tənha şəhərin küçələrini dolaşanda... Bəlkə də bu yazı heç vaxt yazılmayacaqdı, sənin sözün qəfildən rastıma çıxmasaydı... Yaxşı söz də yaxşı adam kimi xatırlanır; yaxşı adamdı dedikləri kimi həm də yaxşı şeirdi, deyirlər. Sənin sözün də təmiz qızıl kimidi; dəyərini heç vaxt itirmir. Şeirə çörək ağacı kimi baxanların əhatəsində sən yad planet kimi dolaşırdın... Axır ki, dözmədin, getdin bu şəhərdən... Və sənin özünü axtarmaqdan yorulanda sözünü axtarmağa başladım. Neçə vaxtdı həmin o məşhur şeirin izinə düşmüşdüm, o şeir isə nədənsə elə hey məndən gizlənirdi. Dostlardan, tanışlardan soruşurdum, yoxdu, deyirdilər, o şeir heç kimdə yoxdu, olsa, yenə də özündə ola bilər. Özün isə inzivayə çəkilmişdin... Deyəsən yorulmuşdun, Mahir... Bu şəhər məni də yorub, amma getməyə gücüm çatmır. Çünki sənin qədər güclü deyiləm... Sən bu dünyadan “istefa verməyi” bacardın. Sən daha bu dünyanın adamı deyilsən. Heç o biri dünyaya da səsin-sorağın yetməyib. Sən öz dünyasını yaradıb o dünyanın içində bəxtiyarcasına yaşamağı bacaran söz adamısan... Nəhayət, həmin saralmış dəftər kağızını öz arxivimdən tapdım. Nə vaxt kağıza köçürdüyümü xatırlamıram. Amma bu şeiri tapanda küçənin ortasında qəfildən əzizini tapmış bir adam kimi elə ürəkdən sevindim ki! Axır ki, səni tapdım, Mahir! Sənə sevişməyi mən öyrətmişəm... Çıxıram özümdən bir az yuxarı, Enirəm özümdən bir az aşağı. Qalmışam özümlə sənin aranda, İndi hara gedim, məhlə uşağı? Hara gedirəmsə, əvvəl-axırı Gedib-gəldiyimə dirənir bu yol. Mənə yol getməyi sən öyrətmisən, Məndən yol getməyi öyrənir bu yol. Söznən güləşirsəm, başım qarışıb, Söz güləşdirirəm varağın üstə. Sənə sevişməyi mən öyrətmişəm, Bu dar çarpayıda, bu ağın üstə.mənbə: kulis.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO