Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - Qaz, su, işıq və digər kommunal xidmətlər...

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - Qaz, su, işıq və digər kommunal xidmətlər...
SOSİAL
00:15 14.07.2023
4642
Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada nəticə yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "kupça" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Amma əsas məsələlərdən biri isə sənədsiz evlərdə komunal ödənişlər məsələsidir.

Bəs bu necə tənzimlənir? Sənədsiz evlərə qanuni olaraq qaz, su, işıq və digər kommunal xidmətlər çəkilə bilər?

AZXEBER.COM xəbər verir ki, bu barədə Referans.az-ın sorğusunu cavablandıran hüquqşünas Turan Abdullazadə bildirib ki, hazırda sənədsiz evlərə bütün kommunal xidmətlər verilir: 

"Yaxın gələcəkdə qanunvericiliyin tələblərinə əməl etmədən tikilmiş və ya tikilməkdə olan obyektlərin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə qoşulmasına dair məsuliyyət müəyyənləşəcəyi gözlənilir. Bu cür tikililərdə qaz, su, elektrik və kanalizasiya təchizatı müəssisələrinin vəzifəli şəxsləri qanunsuz qoşulmaya görə cəzalandırılacaqlar. Hazırda isə qanunsuz tikilililər qaz, su, işıq təchizatları ilə təmin olunur.

Hüquqşünasın sözlərinə görə, hazırda 1 milyona yaxın sənədsiz ev var və bu evlərə qaz, su, işıq verilməsinin dayandırılması hazırda ağlabatan deyil: "Statistik göstəricilərə əsasən ölkədə 1 milyona yaxın sənədsiz ev var. Bu evlərə qaz, su, işıq verilməsinin dayandırılması hal-hazırda ağlabatan və məqbul deyil. Çünki bu həm kütləvi etirazlara səbəb olar, həm də vətəndaşlarımızın konstitusion hüquqlarını pozar, həm də humanizm prinsiplərinə zidd olar. Bunun üçün əvvəlcə sənədsiz tikililərin operativ şəkildə sənədləşmə işlərinə başlanılmalı, əmlak amnistisyası tətbiq olunmalı, daha sonra sanksiyalar tətbiq olunmalıdır".

Referans.az məsələnin rəsmi tərəfini öyrənmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb.

Sənədsiz evlərə elektrik enerjisinin çəkilməsi ilə bağlı prosedur barəsində sorğumuzu cavablandıran "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirdi ki, sənədsiz evlərə işığın çəkilməsi üçün sadəcə yerli icra hakimiyyəti orqanından arayış alınması kifayətdir.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə sorğumuza cavab olaraq bildirdi ki, əslində evə qaz sayğacının çəkilməsi üçün evin sənədi lazımdır, amma hazırda sənədsiz evlərlə bağlı problemi nəzərə alaraq sayğaclar qanuni olaraq çəkilir. Bu təbii ki, yerli icra hakimiyyətlərinin təşəbbüsü ilə baş verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
16:26 25.07.2026
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
16:16 25.07.2026
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
16:08 25.07.2026
ChatGPT-də problem yarandı, araşdırmalar başlandı
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
16:03 25.07.2026
WSJ: Tramp administrasiyası Ukraynanı Rusiyaya məxsus olmayan gəmilərə zərbələrdən çəkinməyə çağırıb
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
15:51 25.07.2026
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
15:47 25.07.2026
Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
15:43 25.07.2026
İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar
15:36 25.07.2026
FHN və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti marşallar üçün təlim keçirdi - Fotolar
İspaniyada meşə yanğınları Madridə çatıb
15:31 25.07.2026
İspaniyada meşə yanğınları Madridə çatıb
Bakıda ana övladını illərlə zəncirləyib? - Açıqlama
15:25 25.07.2026
Bakıda ana övladını illərlə zəncirləyib? - Açıqlama
“Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
15:12 25.07.2026
“Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
İran səfiri: Dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcək
14:57 25.07.2026
İran səfiri: Dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcək
“İndiyədək etdiyim ən axmaq hərəkətdir”
14:45 25.07.2026
“İndiyədək etdiyim ən axmaq hərəkətdir”
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb
14:38 25.07.2026
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb
ADAU-nun gənc əməkdaşı vəfat etdi
14:34 25.07.2026
ADAU-nun gənc əməkdaşı vəfat etdi
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb
14:30 25.07.2026
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb