Sənət adamları ilə TV-lər arasında qonorar davası - "Efirə çıxıramsa, zəhmət çəkib pul versinlər"

MAQAZİN
17:00 26.04.2022
1253
Bir neçə müddətdir ki, sənətçilərə televiziya efirlərinə çıxması üçün qonorarın verilməsi məsələsi gündəmə gəlib. Xalq artistləri, müğənnilər efirə çıxmaq üçün qonağa qonorar verilməsinin vacibliyini qeyd edir.
 

Prezident təqaüdçüsü, Xalq artisti Səidə Quliyeva bu mövzuya belə münasibət bildirib: "Qonorar biz aktyorların ən yaralı yeridir. Əvvəllər, sovet dövründə televiziyada iki cümlə danışırdıq, ifa etdiyim roldan belə qat-qat artıq qonorar alırdıq. İndi isə qonorardan söhbət belə yoxdur. Bir dəfə mənə verilişlərdən birindən təklif gəldi, söylədilər ki, sizin iştirakınız özünüz üçün reklamdır. Mən bu təklifi rədd etdim, razılaşmadım. Mənim kimi bir sənətkarın heç bir reklama ehtiyacı yoxdur. Telekanallar mütləq sənətkarların efirə çıxmasına qonorar ödəməlidir. Qonorar olmadığından sənətkarlar verilişlərə çıxmaqdan imtina edirlər”, deyə bildirib. 

Bəs digər sənət adamlarının efirə çıxmaq üçün qonorar verilməsi məsələsinə münasibətləri necədir?

Tanınmış aktyor və televiziya aparıcısı Elməddin Cəfərov AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, qonorarın olması yaxşıdır, amma bugünkü gündə bu, real deyil:
 


"Bu, ola bilər, yaxşı fikirdir, sadəcə olaraq bunun üçün əvvəlcə iqtisadiyyat bərpa olunmalıdır. Pandemiyadan sonra bütün düyada iqtisadiyyat çox zəifləyib. Burada da televiziyanın əsas maliyyə dəstəyi şirkətlərə düşür, maliyyə cəhətdən də şirkətlər zəifləyib. Belə olan halda gedib televiziyaya pul istəmək real deyil. 3 ilə, 5 ilə bu fikri reallaşdırmaq olar, amma bugünkü gündə  verilişə getmək üçün əlavə qonorar istəmək düzgün deyil".

Aktyor Türkiyədə bu praktikanın olduğunu, ancaq pandemiya dönəmində kanalların sənətçilərə qonarar verməyi dayandırdıqlarını bildirib:

"Bu praktika Türkiyədə var idi, amma pandemiyadan sonra orada da dayandı”. 

Müğənni, əməkdar artist Ədalət Şükürov isə AZXEBER.COM-a açıqlamasında qonorarın olmalı olduğunu deyib:
 


"Əslində bütün dünyada bu praktika var. Bizdə yoxdur. Başqa ölkələri, məsələn, Rusiyanı götürsək, bu praktika var. Efirə çağırırlarsa, xahiş edirlərsə, qonorar olmalıdır, bu, normal bir şeydir. Biz buna öyrəşməmişik, amma bu normaldır. Bütün dünyada belədir”. 

Əməkdar artist bu praktikanın formalaşmasını arzuladığını bildirib:

"Düzdür, mən heç vaxt heç kimdən qonorar istəməmişəm. Ona televiziyanın rəhbərliyi özü təyin edir, gələn qonaq da, müğənni də ona uyğundursa, gəlib iştirak edəcək. Yəni bunlar normal bir şeydir və təəccübləndirici heç nə yoxdur. Yenə deyirəm, xarici təcrübədə çoxdan var, hələ bizə gəlib çıxmayıb”.

Xatırladaq ki, bir müddət öncə müğənni Xatirə İslam efirlərə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəmişdi. Xatirədən sonra müğənni Natavan Həbibi və reper Elşad Xose də efirlərdən qonorar istədiyini açıqlamışdılar. Onların bu iddiaları isə qalmaqala səbəb olmuşdu.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb