"Sənəti səndən aşağı olana dəyər veriləndə, sən sənətdən küsürsən" - VİDEO

"Sənəti səndən aşağı olana dəyər veriləndə, sən sənətdən küsürsən" - VİDEO
MAQAZİN
11:16 16.02.2026
275
"Əvvəllər mahnılar yazdırırdım, maraqlı kliplər çəkdirirdim. Düşünürdüm ki, buna çox qiymət veriləcək".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Lətifə Soyuöz deyib.
 
"Mədəni şou" verilişində qonaq olan Lətifə sənətdən küsdüyünü etiraf edib:
 
"Əvvəllər mahnılar yazdırırdım, maraqlı kliplər çəkdirirdim. Düşünürdüm ki, buna çox qiymət veriləcək. Amma zamanla görəndə ki, səndən sənət baxımından qat-qat aşağı olana daha çox dəyər verilir, sən başlayırsan küsməyə. Mən ona görə də kosmetik vasitələrdən ibarət olan öz markamı yaratdım. O mənim başımı çox qatdı. Özümü rahat hiss etdiyim bir yerə çevrildi. O da mənim üçün bir yaradıcılıqdır. Bundan sonra mənim sənətim sönməyə başladı, həvəsim öldü. Amma məni harada görürlərsə, deyirlər ki, oxuyun! Bütün komandam dağılmışdı, indi hamısı yavaş-yavaş qayıdırlar".
 
Aysel

OXŞAR XƏBƏRLƏR