Əməkdar artist Səbinə Babayeva gözdən uzaq yaşamasının səbəblərindən danışıb.
AZXEBER.COM xəbər verir ki, "Xəzər axşamı” verilişinə qonaq olan müğənni, Azərbaycanı "Avroviziya"da təmsil etməsindən söz açıb.
O, sənətini ailəsinə qurban verdiyini etiraf edib:
"Niyə heyifslənim ki? Yox! Mən öz istəyimlə ailə qurdum. Bu mənim seçimim idi. Heyifslənmirəm. Mənim gözəl uşağım var. Bu mənim həyatımda bir seçim idi və mən ailəmi seçdim. 10 ilimi, özümü ailəmə həsr etdim”.
Qeyd edək ki, 2012-ci ilin sentyabrında Səbinə Babayevauzun illər "İctimai” televiziyada rejissor vəzifəsində çalışmış Cavidan Şərifovla ailə qurub. Cütlüyün 2016-ci ildə Əli adlı oğlu dünyaya gəlib. Onlar 5 il əvvəl boşanıb.