Ukrayna Müdafiə Nazirliyi silahı yerə qoyan rus əsgərlərinə azadlıq zəmanəti və 5 milyon rubl pul verməsinə zəmanət verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, müdafiə naziri ruslara "sizi ölmək üçün torpaqlarımıza göndəriblər”, deyə xitab edib.
Müdafiə naziri Aleksey Reznikov açıqlamasında "Rus əsgəri, səni ölmək və öldürmək üçün torpaqlarımıza göndərdilər. Cinayət sayılan əmrlərə əməl etmə. Əgər silahını yerə qoysan, sənə amnistiya və 5 milyon rubl (təxminən 80 min manat) zəmanət veririk” deyə bildirib.
O, həmçinin qeyd edib ki, işğalı davam etdirənlərə rəhm edilməyəcək.
Aydın Nuri