"Səni səsləyirəm Arif müəllim, oyan!" - Aybəniz Haşimova

"Səni səsləyirəm Arif müəllim, oyan!" - Aybəniz Haşimova
MƏDƏNİYYƏT
10:51 31.07.2025
266
"Bu gecə Arif müəllimi yuxumda gördüm. Amma onu o halda görmək istəməzdim..."

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşimova sosial media hesabında yazıb.
 
Əməkdar artist Arif Babayevlə bağlı xatirələrini bölüşüb:

"Sanki məni görmürdü, yalnız səsimi eşidirdi. Hərəkətsiz və sakitcə nəfəs alırdı, elə bil içində son "Segah"ını oxuyurdu. Necə pis olurmuş bülbülün susması. "Sənə "Leylidən oxuyum?" — dedim. Elə bil hiss etdi, duydu dediyimi. Oxudum.

Yanındayam, ustad! Yanındayam, Arif müəllim! Təəssüf ki, yuxuda yanındayam. Kaş ki, bunların hamısı yuxu olaydı. Oyanaydın. "Qorxma, qızım, yaxşıyam" — deyəydin. Çox pisəm, ustad. Çox pis, oyan!

Birdən yadıma uşaqlığımdakı o günlərdən biri düşdü. Arif müəllimin mənə bağışladığı braşuranı xatırladım. Dərhal şəkillərimin arasından tapdım onu. Əlimə aldım, baxdım və bir cümlə gözümə sataşdı:

"Mən səndən bir müəllim kimi həmişə razı qalmışam. Qoy sənin incə səsindən zövq almaq üçün xalqımız səni öz köməyinə çağırsın. İndi, mən səni səsləyirəm, Arif müəllim, oyan!"
 
Aysel
OXŞAR XƏBƏRLƏR